
2021-04-13 15:13:00
DİM notariat fəaliyyəti ilə məşğul olmaq istəyən namizədlər üçün test imtahanı keçirib
Dövlət İmtahan Mərkəzi (DİM) Ədliyyə Nazirliyi ilə birgə aprelin 13-də notariat fəaliyyəti ilə məşğul olmaq məqsədilə şəhadətnamə almaq istəyən namizədlər üçün test imtahanı keçirib.
DİM-dən bildirilib ki, saat 11:00-da başlayan və 3 saat davam edən imtahan Mərkəzin binasında xüsusi ayrılmış zallarda elektron formada aparılıb.
Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə imtahanın nəticələrinə dair arayış təqdim olunub.
İmtahanda iştirak etmək üçün 60 namizəd qeydiyyatdan keçib. Onlardan 7-si imtahana gəlməyib. 28 namizəd müsabiqə şərtini ödəyərək – 55 və daha yüksək bal toplamaqla ikinci mərhələyə – müsahibəyə buraxılıb. Ən yüksək nəticə toplanıla biləcək 90 baldan 76.0 bal olub.
Bu bölməyə aid digər xəbərlər
Peşə tanınması imtahanı keçirilib
2024-05-04 11:47:35
DİM-də təlim keçirilib
2024-05-03 14:44:39
DİM 9 illik səviyyədə üzrə növbəti imtahanlar keçirəcək
2024-05-02 14:36:57
TOEFL iBT imtahanı keçirilib
2024-05-01 15:26:26
DİM-də növbəti təlim
2024-04-29 17:37:15
DİM-də təlim keçirilib
2024-04-29 16:40:00
İngilis dili fənni üzrə ekspertlərlə görüş keçirilib
2024-04-29 16:27:04
Hakimliyə namizədlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-04-26 17:46:41
GRE General Test imtahanı keçirilib
2024-04-25 15:10:00
Beş nəfərin nəticəsi ləğv olunub, 6 nəfər 300 bal toplayıb
2024-04-19 20:21:00