
Azərbaycan Texniki Universitetinin (AzTU) məzunu, şəhid Mahmud Cavadov 1999-cu il aprelin 13-də Bakıda anadan olub.
AzEdu.az xəbər verir ki, Mahmud Cavadov 2016-2020-ci illərdə AzTU-da ali təhsil alıb. Təhsilini başa vurduqdan sonra həqiqi hərbi xidmətə çağrılan Mahmud Cavadov Vətən müharibəsində də iştirak edib. O, 2020-ci il noyabrın 27-də Ağdərə uğrunda döyüşdə qəhrəmancasına şəhid olub.
II Fəxri xiyabanda dəfn olunan Mahmud Cavadov Prezident İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.
Aprelin 13-də, Mahmud Cavadovun doğum günündə AzTU-nun əməkdaşları və tələbələri onun məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildirib.
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
Şəhidlərin ruhu qarşısında baş əyirik!