_731.jpg)
Ali təhsilalma formaları müəyyənləşib.
AzEdu.az xəbər verir ki, bu "Ali təhsil haqqında" qanun layihəsinin ilkin versiyasında əksini tapıb.
Layihəyə əsasən, ali təhsil səviyyələrində təhsilalma formaları aşağıdakılardır:
- əyani təhsil (təlim və tədrisə tam cəlb olunma-fulltime)
- qiyabi təhsil (təlim və tədrisə qismən cəlb olunma-parttime)
- distant ( təlim və tədrisə məsafədən qoşulma),
- sərbəst( eksternat).
Layihəyə əsasən ali təhsil səviyyələrinin bu formalarında distant təhsil almaq mümkün olacaq:
Subbakalavr səviyyəsində - əyani, qiyabi distant, sərbəst;
Bakalavriat səviyyəsində - əyani, qiyabi, distant, sərbəst və əsas (baza ali) tibb təhsili səviyyəsində -əyani;
Magistratura səviyyəsində - əyani, distant;
Yenidənhazırlanma təhsili üzrə - əyani, distant;
Təkrar ali təhsil üzrə -əyani, qiyabi, distant.