“Artıq ali təhsil üzrə Qərb ekspertləri pandemiyanın ali təhsilə texnoloji inqilab gətirdiyini qeyd edirlər. Bəs biz Azərbaycan universitetləri olaraq bu texnoloji inqilaba hansı səviyyədə hazırıq?”
AzEdu.az xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin təşkilatçılığı ilə keçirilən Post-COVİD müddətində Ali təhsil və Tədqiqat” mövzusunda seminarda universitetin rektoru Elmar Qasımov qeyd edib.
O bildirib ki, bu texnoloji inqilaba qoşulmaq üçün ilk növbədə elementar problemləri həll etməliyik:
“Bu elementar problemlərə internetin sürəti, internetdən istifadə zamanı bərabərsizliyin aradan qaldırılması, həm müəllim, həm tələbə, həm də şagirdlərimizin hamısının kompüterlərlə təmin edilməsi, müəllim və mütəxəssislərimizin onlayn dərslərin keçirilmə xüsusiyyətlərinin öyrənilməsi üçün təlimlərə cəlb edilməsi, tələbə və müəllim üçün psixoloji xidmətlərin təşkil edilməsi və s. daxildir”.