
Azərbaycan Respublikasının təhsil sistemində ümumi təhsil pilləsində bir il ərzində 1 milyondan artıq şagird, 100 mindən artıq müəllimin virtual platformada iştirakı təmin olunub.
AzEdu.az xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev Bakı Ali Neft Məktəbin təşkilatçılığı ilə keçirilən “Post-COVİD müddətində Ali təhsil və Tədqiqat” mövzusunda seminarda qeyd edib.
O qeyd edib ki, bu nəticə bir çox imkanların yaranmasının məhz pandemiya dövrünə təsadüf etməsinə bir nümunədir:
“Bir həftədə distant formada təşkil edilən sessiyaların sayı həm ali, həm orta, həm də peşə təhsili müəssisələrində 6 milyondan çoxdur. Əgər biz Təhsil Nazirliyi olaraq bu hədəflər haqqında bir il yarım əvvəl danışsaydıq, yəqin ki, bir milyondan artıq şagirdin vahid platformada yer alması üçün bir neçə il tələb olunardı.
Düşünürəm ki, pandemiya bizə müəyyən mənada yeni imkanların açılmasına şərait yaradır”.