
“İndi ən ciddi problem cəmiyyətdə formalaşdırılmış –“ distandırsa, deməli keyfiyyətsizdir”- mövqeyini dəyişməkdir”.
AzEdu.az xəbər verir ki, bunu UNEC rektoru, professor Ədalət Muradov Bakı Ali Neft Məktəbin təşkilatçılığı ilə keçirilən “Post-COVİD müddətində Ali təhsil və Tədqiqat” mövzusunda seminarda qeyd edib.
Rektor, cəmiyyətin distant təhsilə münasibətindən danışıb:
“Pandemiya başlayan zaman biz ənənəvi təhsili kompüterə çevirdik və “distant təhsil” adlandırdıq.Müzakirə və seminar forması, məzmun, metodologiya dəyişməz olaraq qaldı. Nəticə olaraq distant təhsil haqqında cəmiyyətdə mənfi fikir formalaşdırdıq. Yanlış olaraq distant təhsil keyfiyyətsiz təhsil kimi qəbul edildi. İndi ən ciddi problem əksini inandırmaq, cəmiyyətdə formalaşdırılmış –“ distandırsa keyfiyyətsizdir”- mövqeyini dəyişməkdir. Qeyd etmək lazımdır ki, bu forma təhsildə əvvəl mövcud olmayan yeni problemlərdən birincisidir. Bu təhsilin tətbiqi zamanı müəllimin əməyi, əziyyəti azalmadı, əksinə əhəmiyyətli dərəcədə artdı. Bununla yanaşı təhsilalanların da psixoloji gərginliyi artı”.
O, distant təhsilinin zəruri əhəmiyyətinə diqqət çəkib:
“Yeni texnologiyaların bütün sahələrdə olduğu kimi təhsildə də tətbiqi qaçınılmazdır. Distant təhsilin tətbiq edilib - edilməməsi müzakirə predmetinə çevrilməməli bu təhsil formasının keyfiyyəti bizi düşündürməlidir.Təhsil rəqəmsallaşmalı, distant təhsilin tətbiqi təmin edilməlidir”.