
“Bu gün verilən biliklərin ömrü məhduddur, bəzi tədqiqatlara görə 5-7 ildir. Bu o deməkdir ki, 5-7 ildən sonra bu günkü məzun ixtisasını artırmaq və yenidən ixtisaslaşmaq üçün müraciət edir. Bu zaman müraciət edən şəxs yeni ixtisasa yiyələnmək istədiyi halda biz ona ancaq mərkəzləşdirilmiş qaydada təsdiq edilən ixtisaslardan birini seçməyi təklif edirik.Başqa sözlə desək, universitetlər istəsə də əmək bazarının tələblərini qarşılaya bilmirlər”
AzEdu.az xəbər verir ki,bunu UNEC rektoru Ədalət Muradov Bakı Ali Neft Məktəbin təşkilatçılığı ilə keçirilən “Post-COVİD müddətində Ali təhsil və Tədqiqat” mövzusunda seminarda qeyd edib.
Rektor qeyd edib ki, pandemiya həm də universitetlərin böhranlara hazırlıqsızlığını göstərdi:
“Doğrudur, bu problem qismən də olsa sertifikat proqramları vasitəsi ilə həll oluna bilər. Bu halda sertifikatların statusu, onların işə götürənlər tərəfindən ixtisas göstəricisi kimi qəbul edilməsi qaydalarının müəyyən edilməsi tələb olunur. Təhsilverənlər və təhsilalanların rəqəmsal kompetensiyaları, universitetlərin rəqəmsal infrastrukturuna tələblər ciddiləşəcək. Bu isə öz növbəsində elmi dərəcə, elmi adların verilməsi, universitetlərin akkreditasiyası məsələsinə yenidən və köklü baxışı qaçınılmaz edir”.