Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-10 14:40:00
Azərbaycanlı və misirli tələbələr arasında DAVA: Yaralananlar var

Ukraynanın Kirovoqrad vilayətində azərbaycanlı və misirli tələbələr arasında dava olub.

AzEdu.az Ukraynanın yerli mətbuatına istinadən xəbər verir ki, Kropivnitski şəhərində baş verən dava zamanı 2 nəfər yaralanıb.

“Azərbaycanlı tələbələr bizi döyməyə başladı. Heç nədən oldu. Dostumla Misirdən gəlmişik. Onlarla bizlə yay akademiyasında birgə oxuduğumuz üçün tanışıq”-deyə davada iştirak edən Məhmməd adlı misirli tələbə açıqlama verib. 

Kirovoqrad vilayətinin patrul polisinin mətbuat xidmətinin rəhbəri Yanina Lıkova xəsarət alanlardan birinin azərbaycanlı olduğunu deyib və faktla bağlı araşdırmalara başladıqlarını deyib.