
2018-07-10 15:30:00
Akademiyada məzun günü keçirilib - FOTO
Dövlət Sərhəd Xidmətinin (DSX) Akademiyasının məzunlarının təntənəli buraxılış mərasimi keçirilib.
DSX-nin mətbuat mərkəzindən AzEdu.az-a verilən məlumata görə, mərasimdə Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti, Bakı qarnizonu hərbi hissələrinin hərbi qulluqçuları, gənc zabitlərin valideynləri və ailə üzvləri iştirak ediblər.
Mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik Elçin Quliyev gənc zabitləri təbrik edib, onlara xidmətdə uğurlar arzulayıb, tövsiyə və tapşırıqlarını verib. Azərbaycan Sərhəd Mühafizəsinə göstərilən bu qayğı sayəsində əldə olunmuş xidməti nailiyyətlərdən danışan Elçin Quliyev dövlət bayrağımzın qısa müddətdə işğaldan azad olunacaq şəhər və kəndlərimizdə dalğalanacağını, Heydər Əliyev dövlətçiliyinin əsgəri olan Azərbaycan sərhədçilərinin Ali Baş Komandanın bütün əmr və göstərişlərini ən yüksək səviyyədə icra etməyə hər an hazır olmalarını bildirib.
Akademiyanı bitirən leytenantlara diplomlar təqdim olunmuş, gənc zabitlər "Sərhədçi andı”nı qəbul etmişlər. Tədbirin sonunda zabitlər və kursantlar təntənəli marşla tribunanın önündən keçmişlər.
Mərasimdən sonra gənc zabitlər Fəxri xiyabanda Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Bu bölməyə aid digər xəbərlər
Ali təhsili daha çox tədqiqata uyğunlaşdırmaq lazımdır
2024-03-02 11:57:00
Suraxanıda gənc qızı avtomobil vurub
2024-01-05 09:20:00
BMU-da yeni layihəyə start verilib
2023-12-28 15:22:22
Nazir rektorlarla görüşdü, tapşırıqlar verdi
2023-12-28 11:47:58
Tam orta təhsilli gizir və miçmanlara “Kiçik leytenant” rütbəsi veriləcək
2023-12-14 12:36:45
Növbəti tədris ilində 800-1000 tələbə Qarabağ Universitetində təhsil alacaq
2023-11-30 16:23:01
Azərbaycanlı tələbə ABŞ-də faciəvi şəkildə öldü
2023-10-22 14:42:11
Pedaqoji işçilərin 87,5 faizi ali, 9,8 faizi orta ixtisas, 2,7 faizi tam orta təhsillidir
2023-10-18 17:49:24
Təhsil müəssisələrində Müstəqilliyin Bərpası Günü qeyd olunub
2023-10-18 16:16:00
Kenquru müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olacaq
2023-10-17 17:33:41