
2021-04-28 12:56:00
DİM-də növbəti “GRE imtahanı” keçiriləcək
Təhsildə Qiymətləndirmə Xidmətinin (Educational Testing Service, ETS) kompüter əsaslı növbəti “GRE: General Test” imtahanı aprelin 29-da Dövlət İmtahan Mərkəzinin (DİM) Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 ünvanında yerləşən inzibati binasında təşkil olunacaq.
DİM-dən AzEdu.az-a bildirilib ki, imtahanda iştirak edəcək şəxslər saat 08:15-dən gec olmayaraq aşağıda qeyd edilən sənədlərlə birlikdə imtahan binasında olmalıdırlar:
- Şəkilli şəxsiyyət vəsiqəsi və ya ümumvətəndaş pasportu;
- İmtahan iştirakçısının sağlamlığı haqqında bəyannamə.
İmtahan iştirakçısı sağlamlıq haqqında bəyannaməni çap edib imzalamalı və gətirməlidir. İmtahan saat 9:00-da başlanır.
COVID-19 virusu ilə əlaqədar ehtiyat tədbirləri çərçivəsində görülən işlərə uyğun olaraq imtahan binasına daxil olan iştirakçıların məsafədən ölçə bilən elektron termometrlə bədən hərarətləri yoxlanılacaq, zəruri dezinfeksiyaedici vasitələrdən istifadə olunacaq və imtahan otağında iştirakçıların bir-birindən lazımi uzaq məsafədə əyləşdirilməsi təmin olunacaq.
İştirakçılar imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyəsini tam örtməklə) istifadə etməlidirlər. Maskanı çıxarmaq qadağandır və bütün prosesboyu (buraxılış rejimi, imtahan müddəti, imtahan binasının tərk edilməsi) istifadə olunmalıdır.
“GRE General Test” imtahanı haqqında daha ətraflı məlumatla DİM-in səhifəsindən tanış olmaq mümkündür.
Bu bölməyə aid digər xəbərlər
Peşə tanınması imtahanı keçirilib
2024-05-04 11:47:35
DİM-də təlim keçirilib
2024-05-03 14:44:39
DİM 9 illik səviyyədə üzrə növbəti imtahanlar keçirəcək
2024-05-02 14:36:57
TOEFL iBT imtahanı keçirilib
2024-05-01 15:26:26
DİM-də növbəti təlim
2024-04-29 17:37:15
DİM-də təlim keçirilib
2024-04-29 16:40:00
İngilis dili fənni üzrə ekspertlərlə görüş keçirilib
2024-04-29 16:27:04
Hakimliyə namizədlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-04-26 17:46:41
GRE General Test imtahanı keçirilib
2024-04-25 15:10:00
Beş nəfərin nəticəsi ləğv olunub, 6 nəfər 300 bal toplayıb
2024-04-19 20:21:00