
Müəllimlərin iş yerinin dəyişdirilməsi müsabiqəsində iştirak etmək istəyən şəxslər üçün elektron sənəd qəbulu 16 may saat 23:59-dək davam edəcək.
AzEdu.az sosial amillərə uyğun olaraq elektron ərizəyə bu sənədlər yüklənilməlidir:
Əri və ya arvadı hərbçi olduqda (1.1 artım əmsalı):
- nikah haqqında şəhadətnamənin surəti;
- ər və ya arvadın hərbçi olduğunu təsdiq edən vəsiqə və ya arayışın surəti.
Şəhid ailəsi üzvü olduqda (1.1 artım əmsalı):
- şəhid ailəsi üzvü olduğunu təsdiq edən sənəd və ya vəsiqənin, doğum haqqında şəhadətnamənin surəti;
İş yerini faktiki yaşayış yeri və ya qeydiyyatda olduğu ərazidə yerləşən həvəsləndirmə tədbirləri tətbiq edilən müəssisəyə dəyişdirdikdə (1.05 artım əmsalı):
- həmin ərazidə yaşadığını və ya qeydiyyatda olduğunu təsdiq edən sənədin surəti.
Yuxarıda qeyd olunan şərtləri ödədikdə (1.1 artım əmsalı):
- Sosial amilləri təsdiq edən bütün sənədlərin surəti.
Qeyd olunan amilləri təsdiq edən sənədlərin hər birini və vahid fayl şəklində elektron ərizənizə yükləməyiniz tələb olunur.