
Çağdaş Azərbaycan təhsilinin inkişaf mexanizmi əsasən bir nümunə - UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) faktoru üzərində göstərilir.
UNEC-də son 6 ildə edilən dəyişiklər Azərbaycan ali təhsil sistemi üçün inqilabi xarakter daşıyır.
Universitetin əsas uğurları, ümumiyyətlə qayəsinin dəyişməsi və UNEC brendinin yaranması, sonradan isə inkişaf etməsi professor Ədalət Muradovun adı ilə bağlıdır.
Universitetin inkişaf proqramının istiqamətləri rektor, professor Ədalət Muradovun rəhbərliyi ilə hazırlanmış “UNEC – 100” inkişaf strategiyasında özünün geniş əksini tapıb. Bu strategiyada universitetin fəaliyyət istiqamətləri, resurslar, missiya, gələcəyə baxış və əsas dəyərlər, maliyyələşdirmə, monitorinq qiymətləndirmə məsələləri xüsusi yer tutur.
“UNEC – 100” inkişaf strategiyasında əksini tapan müddəalar son altı ildə ardıcıl və sistemli şəkildə uğurla həyata keçirilməkdədir. Ölkəmizdə ilk dəfə elektron universitet modelinə keçid, tədris prosesinin tamamilə elektronlaşdırlıması, müəllimlərin reytinqinin müəyyənləşdirilməsi, “DocNet” sisteminin və bu kimi layihələrin tətbiqi təhsil ocağına böyük şöhrət və nüfuz qazandırmışdır. UNEC-də 7 gün 24 saat fəaliyyət göstərən, eyni zamanda, 104 tələbəyə xidmət edən zəngin fonda malik, müasir resurslarla təchiz edilmiş elektron kitabxananın fəaliyyəti də diqqətəlayiqdir.
Lakin təəssüf ki, Azərbaycan ali təhsil (eləcə də ümumi təhsil sistemi) adına görülən bu qədər mükəmməl işlərə xələl gətirəcək yazılar, sosial şəbəkə şayiələri bitmək bilmir. Dəyişməyən isə bir gerçəklik var: Hazırda UNEC əleyhinə qeyri-obyektiv şəkildə nəsə yazmaq, təkcə bir universitetin deyil, ümumən Azərbaycan təhsilinin çağdaş inkişaf mexanizminə qarşı çıxmaqdır:
Təhsil Nazirliyi yanında İctimai Şuranın məsul katibi, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov UNEC-in keçmiş və indiki fəaliyyətini müqayisə edib:
“Azərbaycanda çox neqativ bir imicə malik olan və xalq arasında “Narxoz” olaraq adlandırılan Azərbaycan Dövlət İqtisad Universiteti məhz professor Ədalət Muradovun bu ali təhsil müəssisəsinə rektor təyin edilməsindən sonra özünün inkişaf və intibah dövrünə qədəm qoydu. Bu gün UNEC Azərbaycan ali təhsil müəssisələri arasında aparıcı rola malikdir.Ali təhsil müəssisəsi olaraq ölkəmizi beynəlxalq reytinq cədvəllərində uğurla təmsil edir. Çox sevindirici haldır ki, UNEC sadəcə diplom verən deyil, eyni zamanda keyfiyyətli kadr yetişdirən təhsil müəssisəsidir. Bu ali təhsil müəssisəsi bir tədqiqiqat universitetidir. Çünki burada iqtisadiyyat elmi üzrə müxtəlif geniş elmi tədqiqatlar aparılır. Bütün bunlar Azərbaycanın inkişafı ilə ayaqlaşa bilən bir universitet modelinin qurulmasının göstəricisidir”.
İ. Orucov UNEC ilə olan əməkdaşlıq fəaliyyətlərindən söz açaraq burada tələbələrin təhsil keyfiyyəti və kitabxana fəaliyyətinə diqqət çəkib:
“Azərbaycan Dövlət İqtisad Universitetində hər addım tələbəyə keyfiyyətli təhsil vermək, onların gələcək əmək bazarında peşəkar mütəxəssis olaraq vacib mövqelərə sahib olmaları təmin etmək üçün atılır. Onu da vurğulamaq istəyirəm ki, mənim rəhbərlik etdiyim Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyəti UNEC ilə ciddi əməkdaşlıq edir. Bizim əməkdaşlığımız elm sferasında dünyada gedən trendlərin məhz İqtisad Universitetində həyata keçirilməsi, müasir gənc alimlərin yetişdirilməsi istiqamətində özünü göstərir. Düşünürəm ki, universitetin pedoqoji kollektivi onun keyfiyyətinin simasıdır. UNEC-də məhz bu cür keyfiyyətli müəllimlər tərəfindən tədris həyata keçirilir. Bu universitetdə tələbə komitəsi də xüsusi savadlı gənclərdən ibarətdir. Çünki UNEC-də keçid balı xeyli yüksəkdir. Bu da seçimin çox olması ilə şərtləndirilir. Eyni zamanda təhsilin keyfiyyəti baxımından bura müraciət edən tələbələrin də sayı xeyli çoxdur. Burada hər bir universitet üçün çox vacib olan müasir kitabxana kompleksi fəaliyyət göstərir. Bu kitabxanalarda dünyanın ən son elmi-akademik nəşrləri təqdim edilir. Bu kitabxana həm əyani, həm də təkcə UNEC heyətinin deyil hər kəsin yararlana biləcəyi şəkildə elektron formada fəaliyyət göstərir”.
Məsul katib, universitetin pedoqoji heyətinin seçim və fəaliyyətindən, eyni zamanda tətbiq edilən yeniliklərdən söz açıb:
“UNEC-in pedoqoji heyəti yüksək savad və bacarıqlara sahibdir. Təsadüfi deyil ki, onların əmək haqqılarının diferensiallaşması sistemi tətbiq edilir ki, bu da Azərbaycan sistemində bir yenilikdir. Çox doğru bir yanaşmadır. Çünki universitet öz əməkdaşlarına onların bacarıqlarına uyğun olaraq əməkhaqqı təqdim edir, bu da onların işə olan marağını artırmaq, motivasiya etmək və öz üzərlərində davamlı olaraq işləmək tələbi yaradır. Bu da onların peşəkar müəllim kimi formalaşlmasında və tələbələrə yüksək xidmətində özünü göstərir. UNEC-in pedoqoji heyətində dünyanın müxtəlif nüfuzlu ölkələrində təhsil almış gənclər cəlb edilir və bu gənclər universitetdə öz karyeralarını davam etdirirlər. Həmin müəllimlər təhsilə müxtəlif yeniliklər gətirirlər. UNEC-in uğurlarından biri də gənclərdən ibarət peşəkar komandaya sahib olmasıdır və bu istiqamətdə çox faydalı işlər ortaya qoyulub”.
O, ali təhsil müəssisəsində tətbiq edilən medotların tələbələrin keyfiyyətli kadr olaraq yetişməsi üçün əhəmiyyətini vurğulayıb:
“UNEC –in əsas məqsədlərindən biri də keyfiyyətli təhsil verməkdir. Bu səbəblə universitet çox doğru olaraq verdiyi təhsili ölçmək üçün fərqli imtahan modelləri təqdim edir. Bu yeniliklər tələbənin davamlı olaraq öz üzrərində işləməsinə xidmət edir. Çünki müasir çağırışların diktə etdiyi mütəxəssis davamlı olaraq elmi ədəbiyyatlara nəzər salmağa və öz ixtisası üzrə dünyada baş verən yenilikləri öyrənməyə məhkumdur. Bu baxımdan UNEC tələbələrə hazırki zamanlardan bu vərdişi aşılayır ki, bu da çox doğru yanaşmadır. Mən UNEC-də Təhsil Nazirliyi yanında İctimai Şuranın nümayəndəsi olaraq təmsil olunuram və biz universitetin rektoru Ədalət Muradovla mütəmmadi olaraq təmasda oluruq. Şahidi oluram ki, burada sadəcə bir məqsəd var, təhsilin keyfiyyətini yüksəltməklə Azərbaycan xalqına xidmət etmək və hər şeyi tələbə üçün etmək”.
Son olaraq sədr UNEC-in gələcək fəaliyyətinə dair gözləntilərindən bəhs edib:
“UNEC-in uğurlarından çox danışmaq olar. Əminəm ki, bu ali təhsil müəssisəsi hər il öz fəaliyyəti ilə dövlətimizin inkişafına paralele olaraq nümunələr ortaya qoyacaq. Hesab edirəm ki, dünyada artıq UNEC-in universitet olaraq ruhu formalaşdırılır. İnanıram ki, bu universitet öz inkişafı ilə daim uğurlara imza atacaq və Azərbaycan ali təhsil sistemində öz qabaqcıl mövqeyini əldən verməyəcək, rəqabət mühitini sürətləndirəcək.Bununla da Azərbaycan təhsilində öz müsbət və qabaqcıl mövqeyini inkişaf etdirməklə təhsil brendinə çevriləcək”.