
2021-05-08 13:32:00
Dövlət qulluğu üzrə ümumi müsahibədə 16 nəfər uğur qazanıb
On iki dövlət orqanında mövcud olan 46 vakant vəzifə üzrə bu il martın 15-də elan olunmuş ümumi müsahibə davam edir.
Dövlət İmtahan Mərkəzindən AzEdu.az-a bildirilib ki, elana çıxarılan vəzifələr üzrə mayın 3-dən müsahibələr keçirilir. Müsabiqə vəziyyətinin yüksək müşahidə olunduğu vəzifələr Ailə, Qadın və Uşaq problemləri üzrə Dövlət Komitəsi, Regional mərkəzlərlə iş şöbəsi, məsləhətçi (1 vakant yer üzrə 21 namizəd), Məhkəmə-Hüquq Şurası, Korrupsiyaya qarşı mübarizə və Məhkəmə monitorinqi sektoru, məsləhətçi (2 vakant yer üzrə 21 nəfər) vəzifələri olub. Bu günə olan məlumata görə, müsahibələrdə 16 nəfər uğur qazanıb.
Müsahibələrdə iştirak üçün 236 nəfər müraciət edib. Müsahibələrin iyunun 11-dək keçirilməsi planlaşdırılır.
Bu bölməyə aid digər xəbərlər
Peşə tanınması imtahanı keçirilib
2024-05-04 11:47:35
DİM-də təlim keçirilib
2024-05-03 14:44:39
DİM 9 illik səviyyədə üzrə növbəti imtahanlar keçirəcək
2024-05-02 14:36:57
TOEFL iBT imtahanı keçirilib
2024-05-01 15:26:26
DİM-də növbəti təlim
2024-04-29 17:37:15
DİM-də təlim keçirilib
2024-04-29 16:40:00
İngilis dili fənni üzrə ekspertlərlə görüş keçirilib
2024-04-29 16:27:04
Hakimliyə namizədlər imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-04-26 17:46:41
GRE General Test imtahanı keçirilib
2024-04-25 15:10:00
Beş nəfərin nəticəsi ləğv olunub, 6 nəfər 300 bal toplayıb
2024-04-19 20:21:00