
AzEdu.az təhsil portalının “Azərbaycanda ən yaxşı təhsil verən universitet hansıdır?” adlı sorğusu davam edir.
Bu dəqiqəyə olan göstəricilərə görə, ilk beşlikdə 25,1% səslə UNEC, 22,2% səslə Azərbaycan Dövlət Pedaqoji Universiteti, 12,5% səslə Bakı Dövlət Universiteti, 9,11% səslə Azərbaycan Dillər Universiteti, 7,30% səslə Azərbaycan Texniki Universiteti yer alıb.
Nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycanda verdiyi təhsilə görə xüsusilə fərqlənən Xəzər Universiteti 0,68% səslə sonuncu yerdə qərarlaşıb. Keyfiyyətli tədrisinə görə fərqlənən bir neçə dövlət universiteti isə ümumiyyətlə ilk onluğa daxil ola bilməyib.
Tələbələri, müəllimləri və özünü təhsilin bir parçası olaraq görən hər kəsi sorğuda iştirak etməyə və aktiv olmağa səsləyirik. Sorğu 31 iyul saat 00:00-a qədər davam edəcək.
Qeyd edək ki, sorğuda ilk üçlükdə yer alan ali təhsil müəssisələri AzEdu.az-ın diplom və rəmzi hədiyyəsi ilə mükafatlandırılacaqlar.