
Azərbaycan Texniki Universitetinin (AzTU) rektoru Vilayət Vəliyev Türkiyənin Azərbaycanda yeni təyin olunmuş səfiri Cahit Bağçı ilə görüşüb.
Bu barədə AzEdu.az-a universitetdən məlumat verilib. Bildirlib ki, Türkiyənin ölkəmizdəki səfirliyində keçirilən görüşdə rektor Vilayət Vəliyev universitetdə müasir innovasiyalara uyğun həyata keçirilən islahatlar barədə məlumat verib. Rektor 2020-ci ildə Türkiyənin bir sıra aparıcı ali təhsil müəssisələrinə etdiyi səfər, orada təşkil olunan görüşlər və həyata keçirilən birgə layihələri səfirin diqqətinə çatdırıb.
Qeyd olunub ki, hazırda AzTU-da tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətində Türkiyə universitetlərinin təcrübəsindən geniş istifadə olunur.
Səfir Cahit Bağçı iki ölkənin texniki universitetləri arasında əməkdaşlığın daha da inkişaf etdiriləcəyinə ümidvar olduğunu bildirib.