Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-05-22 14:33:00
UNEC qəhrəmanları: Vətən müharibəsi qazisi Ağəli Quliyev  

Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) Tələbə Həmkarlar İttifaqı Komitəsinin sədri Rüfət Süleymanlı və THİK fəalları Vətən müharibəsinin qazisi, UNEC tələbəsi Ağəli Quliyevlə görüşüblər.

 

UNEC-dən AzEdu.az-a  verilən məlumata görə, Vətən müharibəsi başlayan gündən cəbhəyə yollanan Ağaəli Quliyev Tərtər, Suqovuşan, Ağdərə istiqamətlərində döyüşüb. Oktyabrın 21-də gərgin döyüşlərdə Ağəli baş, qol və ayaq nahiyəsindən yaralanıb və 6 gün komada qalıb. Ağır yaralandığı üçün ordudan tərxis olunan A.Quliyev II qrup Qarabağ əlilidir. Qazimiz hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün “Suqovuşanın azad olunması” medalı ilə təltif edilib.

 

UNEC THİK sədri Rüfət Süleymanlı qazi ilə görüşdə ona UNEC-in Fəxri fərmanını təqdim edib.