
2021-05-24 17:51:00
Tacikistanda təqaüd proqramına qəbul davam edir
Tacikistanın Təhsil və Elm Nazirliyi 2021/2022-ci tədris ili üzrə Azərbaycan vətəndaşları üçün təqaüd proqramına qəbul davam edir.
Təhsil Nazirliyindən AzEdu.az-a bildirilib ki, bakalavriat, magistratura, doktorantura təhsil səviyyəsini əhatə edən təqaüd proqramı üzrə təhsil almaq üçün 4 yer ayrılıb. Tədris dili rus və ingilis dilidir. Proqrama mayın 31-dək müraciət etmək olar. Ətraflı məlumatla Təhsil Nazirliyinin rəsm saytında tanış olmaq mümkündür.
Qeyd edək ki, təqaüd proqramı Tacikistan Respublikasının Təhsil və Elm Nazirliyi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlığa dair 10 avqust 2018-ci il tarixində imzalanmış protokola uyğun olaraq elan edilib.
Bu bölməyə aid digər xəbərlər
12 istedadlı gəncimiz xarici universitetlərə qəbul olunub
2023-07-21 10:33:05
Macarıstanda təhsil alacaq azərbaycanlı gənclər SEÇİLDİ
2023-07-06 09:42:17
Xaricdə təhsil üçün müraciətlərin sayı: 600-ü təsdiqlənib
2023-06-24 16:42:00
Azərbaycanlı gənclər bu xarici ölkələrdə təhsil alırlar - SİYAHI
2023-06-22 10:47:00
Xaricdə təhsil şirkətlərini necə seçməliyik ? - TÖVSİYƏLƏR
2023-06-20 14:02:41
Şagirdlərimiz Beynəlxalq Olimpiadada uğur qazanıblar - ADLAR
2023-06-19 12:07:13
Qadınlar informasiya texnologiyası üzrə peşələri pulsuz öyrənəcəklər
2023-06-05 11:38:00
Yeni ali təhsil sisteminə keçən 6 universitetin adı açıqlandı
2023-05-15 11:27:00
Əcnəbi tələbələrin sayı kəskin azalıb
2023-05-15 10:50:00
1-ci kurs tələbəsi dövlətə xəyanətdə ittiham olunur
2023-05-15 09:33:00