
Təhsil Nazirliyinin 2017-2018-ci dərs ilinin “Ümumi təhsildə keyfiyyət ili” elan edilməsi haqqında əmrinə uyğun olaraq, 2 mərhələdə-rayon (şəhər) və ölkə mərhələləri üzrə pedaqoji mühazirələr yekunlaşıb.
AzEdu.az xəbər verir ki, mühazirələr ümumi təhsillə bağlı aktual məsələlərə diqqəti artırmaq, təhsil işçilərinin bu barədə rəy və mülahizələrini öyrənmək, qabaqcıl müəllim və məktəb rəhbərlərinin təcrübələrini təbliğ etmək və onlar arasında pedaqoji əməkdaşlıq yaratmaq, həmçinin perspektiv üçün inkişafyönlü təkliflər hazırlamaq məqsədilə keçirilib.
Pedaqoji mühazirələrin rayon (şəhər) mərhələsində 1640 məruzə dinlənilib, onlardan 174-ü respublika turuna təqdim olunub. Həmin məruzələr mütəxəssis ekspertizasından keçirilərək 116 mühazirə yekun mərhələyə təqdim edilib. Ümumilikdə ölkə mərhələsi üzrə 14 bölmədə 113 mühazirə dinlənilib. Proqrama “Ümumtəhsil məktəbinin idarəolunmasının təkmilləşdirilməsi”, “İbtidai təhsilin keyfiyyətinin yüksəldilməsi”, “Ümumtəhsil məktəblərində psixoloji-pedaqoji xidmətin təşkili”, “Tədris prosesində müasir təlim texnologiyalarının tətbiqi”, “İstedadlı şagirdlərlə işin təşkili”, “Pedaqoji əməkdaşlıq müəllim-şagird münasibətlərinin əsasıdır”, “Sinifdənxaric və məktəbdənkənar tədbirlərin təşkili” bölmələri daxil edilib.
Təhsil Nazirliyi adları göstərilən təhsil işçilərini I, II, III dərəcəli diplomlar və tərifnamə ilə mükafatlandırıb. Onların arasında ucqar kənd müəllimindən tutmuş, məktəb direktoruna qədər var.
I DƏRƏCƏLİ DİPLOMLA
Gülşən Sultanova – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin ibtidai sinif müəllimi
İlqar Məmmədov – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Humanitar fənlər təmayüllü məktəb-liseyin psixoloqu
Təranə İsmayılova – Abşeron rayonu Saray qəsəbə 3 nömrəli tam orta məktəbin informatika müəllimi
Şəhanə Bədəlova – Ağcabədi rayonu Salmanbəyli kənd tam orta məktəbinin riyaziyyat müəllimi
Mətanət Kərimova – Oğuz şəhəri 3 nömrəli məktəb-liseyin tarix müəllimi
Zöhrə Mirzəyeva – Qəbələ rayonu Vəndam qəsəbə 1 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi
Aytac Abbasova – Laçın rayonu Qozlu kənd tam orta məktəbinin direktoru
II DƏRƏCƏLİ DİPLOMLA
Nigar Axundova – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi
Zemfira Məhəmmədova – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Akademik Zərifə Əliyeva adına liseyin tarix müəllimi
Sevda Babayeva – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki “Ankara məktəbi” məktəb-liseyinin ibtidai sinif müəllimi
Lalə Abbasova – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki A.S.Makarenko adına Humanitar fənlər təmayüllü gimnaziyanın tarix müəllimi
Gülnar Hüseynova – Gəncə şəhəri 21 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi
Aliyə Əhmədova – Sumqayıt şəhəri 1 nömrəli tam orta məktəbin fizika müəllimi
Sevinc Məmmədova – Bərdə şəhəri 8 nömrəli tam orta məktəbin coğrafiya müəllimi
Səidə Quliyeva – Cəbrayıl rayonu Cocuq Mərcanlı kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi
Elnur Hacıyev – Göygöl şəhəri 1 nömrəli tam orta məktəbin tarix müəllimi
Akif Xalıqov – Lənkəran şəhəri 6 nömrəli tam orta məktəbin direktoru
Fərqanə Ağayeva – Qəbələ rayonu Zalam kənd tam orta məktəbinin tarix müəllimi
III DƏRƏCƏLİ DİPLOMLA
Səadət Cahandarova – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Bakı Avropa Liseyinin təlim-tərbiyə işləri üzrə direktor müavini
Sevda Əlizadə – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki "Ankara məktəbi" məktəb-liseyinin kimya müəllimi
Reyhan Yaqubova – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki T.İsmayılov adına 6 nömrəli məktəb-liseyin musiqi müəllimi
Xatirə Quliyeva – Bakı şəhəri 1 nömrəli tam orta məktəbin rus dili müəllimi
Könül Həsənova – Bakı şəhəri 7 nömrəli tam orta məktəbin direktoru
Nazimə Zeynalova – Bakı şəhəri 164 nömrəli tam orta məktəbin direktor müavini
Ülviyyə Şahbazova – Bakı şəhəri 270 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Elçin Atakişiyev – Astara rayonu Lovayın kənd tam orta məktəbinin tarix müəllimi
Mais Quliyev – Lənkəran ŞTŞ-nin aparıcı məsləhətçisi
Seyran Səfərov – Neftçala rayonu Xıllı qəsəbə 1 nömrəli tam orta məktəbin fizika müəllimi
Nurlana Cavadova – Oğuz şəhəri 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Nazlı İsmayılova – Qax şəhəri 2 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi
Aybəniz Məmmədova – Qax rayonu İlisu kənd tam orta məktəbinin direktoru
Bikə Allahverdiyeva – Saatlı rayonu Varxankənd kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi
Vasif Şıxıyev – Şamaxı rayonu 10 nömrəli tam orta məktəbin tarix müəllimi
Şəfəq Alıyeva – Samux rayonu Ziyadlı kənd tam orta məktəbinin direktoru
Könül Hüseynova – Yevlax şəhəri 3 nömrəli tam orta məktəbin biologiya müəllimi
Elnarə Əhmədova – Şəki şəhər Orta Zəyzid kənd 2 nömrəli tam orta məktəbin fizika müəllimi
TƏRİFNAMƏ İLƏ
Lalə Əliyeva – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Heydər Əliyev adına liseyin tarix müəllimi
Təranə Məmmədova – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki Heydər Əliyev adına liseyin riyaziyyat müəllimi
Zenfira Əbdürəhmanova – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki S.Rüstəm adına xarici dillər təmayüllü gimnaziyanın Azərbaycan dili və ədəbiyyat müəllimi
Günel Məhərrəmova – Təhsil Nazirliyinin birbaşa tabeliyindəki 132-134 nömrəli Təhsil Kompleksinin psixoloqu
Nuridə Qarayeva – Bakı şəhəri 13 nömrəli tam orta məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini
Fayaz Hüseynov – Bakı şəhəri 60 nömrəli tam orta məktəbin direktoru
Nübar Qayıblı – Bakı şəhəri 239 nömrəli tam orta məktəbin biologiya müəllimi
Vüsalə Səfərova – Gəncə şəhəri 3 nömrəli tam orta məktəbin direktoru
Aygün Səmədova – Şirvan şəhəri 16 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi
Məhəmməd Rəhimov – Ağdaş rayonu M.Şeyxzadə adına texniki, humanitar və təbiət fənləri təmayüllü gimnaziyanın riyaziyyat müəllimi
Könül Nəsirova – Ağstafa şəhəri texniki-humanitar təmayüllü liseyin biologiya müəllimi
Rza Rzayev – Cəlilabad rayonu Pərdi kənd ümumi orta məktəbinin tarix müəllimi
Rəna Aslanova – Daşkəsən rayonu 1 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Sahib Süleymanov – Goranboy rayonu Məşədiqaralar kənd tam orta məktəbinin riyaziyyat müəllimi
Səbinə Rəsulova – Hacıqabul rayonu 1 nömrəli tam orta məktəbin biologiya müəllimi
Failə Əliyeva – Hacıqabul rayonu Talış kənd tam orta məktəbinin ibtidai sinif müəllimi
Jalə Alızadə – İsmayıllı rayonu 6 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Vilayət Rüstəmov – Qazax rayonu Cəfərli kənd tam orta məktəbinin Azərbaycan dili və ədəbiyyat müəllimi
Lətifə Zəkiyeva – Qusar şəhəri 1 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
İlhamə Sultanova – Siyəzən şəhəri 3 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Nəsibə Bağırova – Sabirabad rayonu Əhmədabad kənd ümumi orta məktəbinin direktoru
Gülnar Mirzəyeva – Şabran rayonu 3 nömrəli tam orta məktəbin biologiya müəllimi
Gülşən Piriyeva – Salyan şəhəri 7 nömrəli məktəb-liseyin kimya müəllimi
Kəmalə Mustafayeva – Samux rayonu Qarayeri qəsəbə 1 nömrəli məktəb-liseyin Azərbaycan dili və ədəbiyyat müəllimi
Şəlalə Həsənova – Şəki şəhəri 20 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi
Könül Məmmədova – Siyəzən rayonu Gil-Gilçay qəsəbə tam orta məktəbinin riyaziyyat və informatika müəllimi
Hakim Nəcəfov – Ucar şəhəri 5 nömrəli tam orta məktəbin direktoru
Nəzakət Əhmədova – Xaçmaz rayonu Xudat şəhər 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi
Diləfruz Baxşəliyeva – Zəngilan rayonu 11 nömrəli tam orta məktəbin fizika müəllimi
Flora Kəbirova – Zəngilan rayonu 26 nömrəli tam orta məktəbin məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə direktor müavini