
AzEdu.az təhsil portalı daha bir maraqlı layihəyə start verir. Yeni layihəyə əsasən, Azərbaycan Təhsil Portalı tərəfindən ali təhsil müəssisələrinə qəbul imtahanlarında maksimum nəticə göstərən tələbə və məzunlardan ibarət “700-lərin AzEdu Klubu” yaradılıb. Missiyamız 700 bal toplayan tələbə və məzunları bir araya toplayaraq, abituriyentlərə, şagirdlərə onların təcrübəsindən maksimum yararlanmaq imkanı yaratmaq, vunderkindlərlə abituriyentlərin mütəmadi əlaqəsini təmin etməkdir.
Siz də Facebook sosial şəbəkəsi üzərindən “700-lərin AzEdu Klubu” adlı yeni yaradılan səhifəyə qoşula və maksimum nəticə göstərən gənclərimizin təcrübələrindən yararlana bilərsiniz.
Həmçinin, “700-lərə” ünvanlayacağınız suallar, maraqlandığınız məsələlər həmən klub üzvlərinə çatdırılacaq.
Xatırladaq ki, indiyədək 90-a yaxın tələbə qəbul imtahanlarında maksimum nəticə göstərib. Şagird və abituriyentlər xaricdə təhsil, dil öyrənmək, dünyagörüşü və digər məsələlərlə bağlı bu şəxslərlə mütəmadi münasibət qura biləcəklər.
"700-lərin AzEdu Klubu" səhifəsinə keçid linki:
https://www.facebook.com/700-l%C9%99rin-AzEdu-KLUBU-537300736685514/