
2018-07-16 10:00:00
Professordan AzEdu-nun sorğusuna münasibət: “Bu universitetlər ən yaxşılarıdır”
AzEdu.az təhsil portalı “Azərbaycanda ən yaxşı təhsil verən universitet hansıdır?” adlı sorğu keçirir.
Bu günün sonuna olan göstəricilərə görə, ilk beşlikdə 26,6% səslə UNEC, 21% səslə Azərbaycan Dövlət Pedaqoji Universiteti, 12% səslə Bakı Dövlət Universiteti, 8,66% səslə Azərbaycan Dillər Universiteti, 7% səslə Azərbaycan Texniki Universiteti yer alıb.
Nəzərinizə çatdırmaq istərdik ki, Azərbaycanda verdiyi təhsilə görə xüsusilə fərqlənən Xəzər Universiteti 0,68% səslə sonuncu yerdə qərarlaşıb. Keyfiyyətli tədrisinə görə fərqlənən bir neçə dövlət universiteti isə ümumiyyətlə ilk onluğa daxil ola bilməyib.
Tələbələri, müəllimləri və özünü təhsilin bir parçası olaraq görən hər kəsi sorğuda iştirak etməyə və aktiv olmağa səsləyirik. Sorğu 31 iyul saat 00:00-a qədər davam edəcək.
Moderator.az mövzunun aktuallığını nəzərə alaraq sorğudakı nəticələrlə bağlı bir neçə millət vəkilinin və tanınmış ictimaiyyət nümayəndələrinin fikirlərini öyrənməyə başlayıb.
BDU-nun professoru, filologiya elmləri doktoru Qulu Məhərrəmli də hesab edir ki, başda UNEC olmaqla bir neçə universitetdə baş verən dinamik proseslər onların uğurlarını şərtləndirir:
"Sorğunun nəticələri, əsasən reallığı əks etdirir. Sadəcə olaraq mən ilk beşliyə Xəzər Universitetinin və ADA-nın da adlarını əlavə edərdim, çünki hazırda bu ali məktəblər tədrisin səviyyəsinə və beynəlxalq standartlara görə bizim ən yaxşı təhsil ocaqlarındandır. Bir də onu deyim ki, son bir neçə ildə bizim ali məktəblərdə tədrisin keyfiyyətini yüksəltmək üçün müəyyən bir canlanma nəzərə çarpır. Hazırda UNEC, ADPU, BDU, Neft akademiyası, Ali Neft məktəbi kimi tədris müəssisılərində gedən dinamik proseslər bunu deməyə əsas verir".
Bu bölməyə aid digər xəbərlər
Peşə məktəblərinə vakansiya seçimi mərhələsinə start verilir
2024-08-21 14:38:01
Qarabağ Universitetinə prorektorlar təyin olunub
2024-07-29 16:22:57
Müəllimlər 65 yaşda təqaüdə getmək istəmirlər
2024-03-29 16:41:00
Gəncədə beynəlxalq elmi-praktiki konfrans keçirilir
2023-12-16 10:02:01
UNEC-də Heydər Əliyevin neft strategiyasına həsr olunan tədbir...
2023-12-08 16:02:37
Türkiyəli general Hərbi İnstitutda olub
2023-12-07 16:16:02
Gənc istedadların xüsusi təqaüdü haqqında Əsasnamə TƏSDİQLƏNDİ
2023-11-30 15:17:00
Dünyaşöhrətli azərbaycanlı alimlə görüş keçirilib
2023-10-08 14:34:05
ATU-nun professoru vəfat edib
2023-06-13 09:00:37
UNEC-də I Beynəlxalq Forum öz işinə başlayıb
2023-06-09 14:33:48