
2021-06-04 16:01:00
Zaqatalada 3-cü sinif şagirdini avtomobil vurub
Zaqatalada məktəblini maşın vurub.
AzEdu.az-ın məlumatına görə, hadisə Zaqatala-Aşağı Tala kənd avtomobil yolunda, Aşağı Tala 1 Saylı tam orta məktəbin qarşısında baş verib. 2011-ci il təvəllüdlü Aşağı Tala kənd sakini, Cuma İlkin oğlu Şabanov Zaqatala-Aşağı Tala marşrutu üzrə işləyən mikroavtobusdan düşüb məktəbə gedəndə Zaqatala sakini Kamran Ramazanovun idarə etdiyi “VAZ 21074” markalı minik avtomobili tərəfindən vurulub.
Müxtəlif dərəcəli bədən xəsarətləri alan 3-cü sinif şagirdi C. Şabanov Zaqatala Rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Uşağın vəziyyəti orta-ağır qiymətləndirilir.
Faktla bağlı Zaqatala rayon Polis Şöbəsində araşdırma aparılır.
Bu bölməyə aid digər xəbərlər
Rəqəmsallaşma sahəsi ilə maraqlanan tələbələr üçün təqaüdlər ayrılır - Nazir müavini
2023-11-01 12:08:00
Şagird yol qəzasında ÖLDÜ
2023-05-29 11:02:00
Tələbələr elmi məqalə yazmaq üçün süni intellektdən istifadə etdi
2023-04-11 08:57:17
Azyaşlılara tütün məmulatı və alkoqollu içki satanlar cərimələnib
2023-04-01 17:00:24
İxtisas seçimi edərkən bunlara mütləq diqqət edin!
2023-03-28 11:45:00
İki şagirdi avtomobil vurdu
2023-03-21 12:11:00
Uşaqlarda bu xəstəliklər artıb - Anar İsrafilov
2023-03-11 10:12:00
Naxçıvanda yol qəzası - tələbə xəsarət alıb
2023-03-07 16:50:31
“Uşaq və yeniyetmələrdə vərəmin profilaktikası” konfransı keçirilib
2023-03-04 13:38:00