
İmtahanda iştirak edənlərin nəticələrinin onların ixtisaslarının aid olduğu ixtisas (proqram) qrupları üzrə statistik göstəricilərini təqdim edirik:
AzEdu.az xəbər verir ki, inzibati icraçı vəzifələr (B növü) üzrə 30 iyun 2018-ci il tarixdə keçirilmiş dövlət qulluğuna qəbul üzrə test imtahanında iştirak üçün qeydiyyatdan keçmiş (DİM-in (TQDK-nın) keçirdiyi qəbul imtahanları nəticəsində ali təhsil müəssisələrinə qəbul olmuş) 1228 namizəddən 489 nəfər (39.8%) uğur əldə etmişdir. Aşağıda bu imtahanda iştirak edənlərin nəticələrinin onların aid olduğu ixtisas qrupları üzrə statistikasını təqdim edirik:
İxtisas qrupları üzrə məlumat
İxtisas qrupları | Qeydiyyatdan keçənlərin sayı | Test imtahanında uğur qazananların sayı | Faizlə (%) |
Təhsil | 113 | 48 | 42.5% |
Humanitar və sosial | 327 | 134 | 41% |
Mədəniyyət və incəsənət | 15 | 2 | 13.3% |
İqtisadiyyat və idarəetmə | 440 | 174 | 39.5% |
Təbiət | 96 | 43 | 44.8% |
Texniki və texnoloji | 160 | 53 | 33.1% |
Kənd təsərrüfatı | 32 | 13 | 40.6% |
Səhiyyə, rifah və xidmət | 45 | 22 | 48,9% |
Yekun | 1228 | 489 | 39.8% |
Aşağıdakı cədvəldə imtahanda iştirak üçün qeydiyyatdan keçən namizədlərin sayının çoxluq təşkil etdiyi müvafiq ixtisas qruplarına aid ixtisaslar haqqında məlumat verilmişdir.
İxtisas qrupları və ixtisas | Qeydiyyatdan keçənlərin sayı | Test imtahanında uğur qazananların sayı | Faizlə (%) |
Təhsil – Azərbaycan dili və ədəbiyyat müəllimliyi | 12 | 6 | 50% |
Humanitar və sosial – Hüquqşünaslıq | 67 | 28 | 41.8% |
Mədəniyyət və incəsənət – Ədəbi yaradıcılıq və ekran dramaturgiyası | 3 | 1 | 33.3% |
İqtisadiyyat və idarəetmə - İqtisadiyyat | 63 | 30 | 47.6% |
Təbiət - Ekologiya | 20 | 10 | 50% |
Texniki və texnoloji - İnformasiya texnologiyaları və sistemləri mühəndisliyi | 14 | 6 | 42.9% |
Kənd təsərrüfatı - Baytarlıq | 4 | 1 | 25% |
Səhiyyə, rifah və xidmət - Sosial iş | 17 | 11 | 64.7% |
Qeyd:
İmtahanda iştirak üçün qeydiyyatdan keçənlər (1228 nəfər) üzrə ali təhsil ixtisasları iqtisadiyyat və idarəetmə ixtisaslar qrupuna aid namizədlər çoxluq (440 nəfər - 35.8%) təşkil edir. Ən çox uğur qazananlar da bu ixtisaslar qrupunun payına düşür – 174 nəfər (14.2%).
Ali təhsil ixtisasları mədəniyyət və incəsənət ixtisaslar qrupuna aid imtahanda iştirak edənlərin sayının (15 nəfər) faiz göstəricisi imtahanda iştirak üçün qeydiyyatdan keçənlərin ümumi sayına (1228 nəfər) nisbətdə təxminən 1.2% təşkil edir ki, bu da iştirakçı sayına görə ən aşağı göstəricidir.