
İyunun 14-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) Azİİ e-Kitab Evində 15 İyun Qurtuluş gününə həsr olunmuş kitab sərgisi təşkil olunub.
AzEdu.az xəbər verir ki, sərgidə dahi rəhbər Heydər Əliyevin Azərbaycan xalqının taleyində, müasir Azərbaycan dövlətinin qurulmasında və inkişafındakı xidmətlərindən, həmçinin Azərbaycanı parçalanmaqdan, dövlətçiliyi məhv olmaqdan, xalqı vətəndaş müharibəsi təhlükəsindən qurtarmasından bəhs edən kitablar var. Sərgidə Ümummilli lider Heydər Əliyevin fəaliyyəti dövründə respublikamızın ictimai-siyası, sosial, iqtisadi, elmi və mədəni həyatındakı hadisələri əks etdirən 50 nüsxə kitab və digər nəşrlər yer alıb.
15 İyun Qurtuluş gününə həsr olunmuş sərgi həmçinin virtual şəkildə də Azİİ e-Kitab Evinin facebook səhifəsində oxuculara təqdim olunub.