Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-17 13:40:00
Moskva Dövlət Universitetinin aspirantı pəncərədən yıxılaraq ölüb

 Aspirant Moskva Dövlət Universitetinin baş binasının pəncərəsindən düşərək, ölüb.

AzEdu.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bunu Moskva şəhər hüquq-mühafizə orqanından bildiriblər.

“1991-ci ildə anadan olmuş oğlan pəncərədən düşərək ölüb. Hadisənin təsadüf olduğu ehtimal edilir” , - deyə mənbə vurğulayıb.

Mənbə bildirib ki, aspirant açıq pəncərənin altında oturubmuş, əli pəncərədən üzülərək, yerə düşüb.

Universitetdən hadisə ilə bağlı açıqlama verilməyib.