Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2018-07-17 14:39:00
Azərbaycan gənclərinin xaricdə təhsilinə ayrılan pulun məbləği AÇIQLANDI

Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə bu vaxtadək 208 milyon manat yönəldib.

AzEdu.az ARDNF-ə istinadla xəbər verir ki, cari ilin birinci rübünün sonuna Neft Fondu bu Dövlət Proqramının maliyyələşdirilməsinə 206 milyon manat ayırıb. Cari ilin ikinci rübündə isə ARDNF tərəfindən 2 milyon manat vəsait “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə sərf olunub.

Bununla da Neft Fondu “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”nın maliyyələşdirilməsinə indiyədək 208 milyon manat ayırıb.