
Yaponiya, dünyanın ən güclü təhsil sisteminə malik ölkələrindən biridir. Yaponlar kiçik yaşlarından ciddi və davamlı şəkildə lazımı biliklərə yiyələnməyə ciddi-cəhdlə çalışırlar.
AzEdu.az Yaponiya təhsilinin fərqləndirən özəllikləri təqdim edir:
Əksər ölkələrdə yeni dərs ili payızda başladığı halda Yaponiyada məktəblər 1 apreldə başlayıb, növbəti ilin 31 martında başa çatır.
Yaponiya məktəblərində şagirdlərin məsuliyyətini artırmaq üçün, xüsusi işçilər təyin edilmir. Məktəbin təmizliyi məhz şagirdlər tərəfindən həyata keçirilir.
Yaponlar dövlət gəlirlərinin 12%-ni təhsilə ayırırlar.
Yaponiya məktəblərinin 90%-də gimnaziya və 75%-də üzgüçülük hovuzu mövcuddur.
Bütün məktəblərdə Yapon Televiziya Korporasiyası ( Nippon Hosa Kyokai) tərəfindən təhsil məqsədilə hazırlanan radio və televiziya sistemi var.
Yaponiyada müəllim hazırlığına və işə qəbul məsələsinə çox ciddi yanaşılır. Müəllimlər, tələbləri kifayət qədər ciddi və sərt olan imtahan verdikdən sonra işə qəbul edilir.
Müəllimlərin böyük əksəriyyəti könüllü şəkildə axşam saat 9-a qədər şagirdlərlə fərdi məşğul olmaqla məktəbdə işlərini davam etdirirlər.
Yaponiyanın orta məktəblərində bir müəllim eyni bir məktəbdə 6 ildən çox çalışa bilməz.
İş yerini dəyişən müəllimin evlə təmin edilməsi təhsili idarəetmə orqanları tərəfindən həyata keçirilir.
Günel YAŞARQIZI