
AzTU və Yıldız Texniki Universiteti arasında beynəlxalq təhsil əməkdaşlığı üzrə anlaşma memorandumu imzalanıb. Memorandumu rektorlar Vilayət Vəliyev və Tamer Yılmaz imzalayıb.
Sənədə əsasən, hər iki universitet qarşılıqlı maraq doğuran sahələrdə təhsil, tədqiqat və tələbə-müəllim mübadiləsi üzrə əməkdaşlıq edəcək.
AzEdu.az xəbər verir ki, AzTU rektoru Vilayət Vəliyev əməkdaşlıq çərçivəsində birlikdə yeni layihələr keçiriləcəyini qeyd edib:
“Yıldız Texniki Universiteti ilə təhsil, tədqiqat, tələbə-müəllim mübadiləsi sahələrində əməkdaşlığa dair Müqavilə imzaladıq. Universitetlərimiz ikili diplom proqramı çərçivəsində mütəxəssis hazırlığı, birgə Tədris-tədqiqat Mərkəzinin yaradılması, elmi konfransların təşkili, tələbə və müəllimlər üçün mübadilə proqramlarında iştirak istiqamətində konkret fəaliyyət həyata keçirəcək, tədris və araşdırma layihələrini birlikdə gerçəkləşdirəcəyik!”