
2018-07-17 18:39:51
Prezidentdən vacib sərəncam: Azərbaycan dili elektron məkanda daha geniş istifadə olunacaq
Prezident İlham Əliyev Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında sərəncam imzalayıb.
AzEdu.az-ın xəbərinə görə, sərəncama əsasən Azərbaycan dilinin elektron məkanda daha geniş istifadəsinin, bu dillə maraqlanan şəxslər üçün əlçatanlığının təmin edilməsi və öyrənilməsinin asanlaşdırılması məqsədilə Xarici İşlər Nazirliyi Təhsil Nazirliyi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Milli Elmlər Akademiyası ilə birlikdə Azərbaycan Respublikasında "Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinə, həyata keçirilməsi mexanizmlərinə və icra müddətinə dair təkliflərini iki ay müddətində hazırlayıb Nazirlər Kabinetinə təqdim etməlidir.
Nazirlər Kabineti təqdim olunacaq təklifləri beynəlxalq təcrübə, habelə Azərbaycan Respublikası qanunvericiliyinin və onun tətbiqi təcrübəsinin təhlili əsasında dəyərləndirməli və "Əcnəbilər üçün Azərbaycan dilinin elektron platforması” layihəsinin tətbiqinin məqsədəuyğunluğu barədə, habelə həmin layihənin həyata keçirilməsi üçün tələb olunan maliyyə vəsaitinə, maliyyələşmə mənbələrinə və icra mexanizmlərinə dair təkliflərini, layihənin tətbiqindən gözlənilən nəticələr barədə proqnozları 2018-ci il dekabrın 1-dən gec olmayaraq prezidentə təqdim etməlidir.
Zərurət yarandığı təqdirdə, Xarici İşlər Nazirliyinin müraciətinə əsasən, digər dövlət orqanları (qurumları) da bu sərəncamda nəzərdə tutulmuş təkliflərin hazırlanması prosesinə cəlb olunacaq.
Bu bölməyə aid digər xəbərlər
Fənlərin Dostluğu Olimpiadasının mükafatlandırılma mərasimi keçirildi-FOTOLAR
2018-12-29 15:15:00
“Bakı Məktəblərarası Debat Forumu 2018” başa çatdı
2018-12-29 13:18:00
Türkiyədə güclü qar səbəbiylə dərslər yenidən təxirə salındı
2018-12-29 12:59:00
Eksternlər bu gün altı fənn üzrə imtahan veriblər
2018-12-25 17:00:00
İcra başçısı Gəncə Tibb Kollecində olub
2018-12-22 13:42:00
DİM hərbi akademiyaya magistratura imtahanı keçirdi
2018-12-21 16:44:55
Bu il beşyaşlı uşaqların 75 faizi məktəbəhazırlığa cəlb edilib
2018-12-18 09:20:00
Məşhur mükafatın müəmmalı tarixi - Nobel niyə peşman oldu?- VİDEO
2018-12-10 09:10:00
“Müəllimin maaşı müfəttişin də, başqasının da məvacibindən artıq olmalıdır” - Nəsib bəyin qətiyyəti
2018-12-09 17:00:00
Bağça illərindəki davranışı uşağın gələcək uğurlarına necə təsir edir? - Araşdırma
2018-12-08 16:47:00