
Azərbaycan Texniki Universitetinin (AzTU) Kompüter texnologiyaları və kibertəhlükəsizlik kafedrasının müdiri, professor Vaqif Qasımov, kafedranın dosenti Cabir Məmmədov və baş müəllimi Şəhla Əliyeva IEEE (Amerika Elektrik və Elektronika Mühəndislik İnstitutu) tərəfindən Türkiyədə onlayn keçirilən "İnsan-kompüter qarşılıqlı fəaliyyəti, optimallaşdırma və robotlaşdırılmış proqram əlavələri" mövzusunda III beynəlxalq konqresdə (HORA-2021) iştirak edib.
AzTU-dan AzEdu.az-a bildirilib ki, konqresdə Vaqif Qasımov və Cabir Məmmədov “Təsvirlərin DNT-psevdosimvolları ardıcıllığı və xaotik məntiqi kart əsasında şifrlənməsi alqoritmi” mövzusunda, Şəhla Əliyeva isə “Bulud və IoT mühitində təhlükəsizliyin təmin edilməsi üçün “blockchain” texnologiyasının tətbiqi” mövzusunda çıxış edib.
Müəllimlərə konqres rəhbərliyi tərəfindən beynəlxalq sertifikat təqdim edilib.