
Azərbaycan Texniki Universiteti (AzTU) 2021/2022-ci tədris ilində aşağıdakı ixtisaslar üzrə qiyabi formada təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edir:
050401- Beynəlxalq ticarət və logistika
050405- İqtisadiyyat
050407- Marketinq
050408- Menecment
050604- Cihaz mühəndisliyi
050606- Ekologiya mühəndisliyi
050607- Elektirk və elektronika mühəndisliyi
050608- Energetika mühəndisliyi
050614- Həyat fəaliyyətinin təhlükəsizliyi mühəndisliyi
050615- İnformasiya təhlükəsizliyi
050616- İnformasiya texnologiyaları
050618- Kimya mühəndisliyi
050620- Kompüter mühəndisliyi
050621- Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi
050622- Maşın mühəndisliyi
050623- Materiallar mühəndisliyi
050624- Mədən mühəndisliyi
050627- Metallurgiya mühəndisliyi
050628- Mexanika mühəndisliyi
050629- Mexatronika və robototexnika mühəndisliyi
050630- Mühəndis fizikası
050632- Nəqliyyat mühəndisliyi
050634- Proseslərin avtomatlaşdırılması mühəndisliyi
050636- Radiotexnika və telekommunikasiya mühəndisliyi
050638- Sənaye mühəndisliyi
050806- Nəqliyyatda servis (avtomobil nəqliyyatı üzrə)
Sənədlərin qəbulu 2021-ci il avqustun 31-dək onlayn formada həyata keçiriləcək.
Təkrar ali təhsil almaq istəyənlər tələb olunan sənədləri www.aztu.edu.az saytının əlavə və distant təhsil bölməsindən və ya http://tekrar-alitehsil.aztu.edu.az:9594/ linkindən qeydiyyatdan keçib yükləyə bilər.
Təkrar ali təhsil almaq üçün tələb olunan sənədlər bunlardır:
· Rektorun adına ərizə;
· Diplom və əlavəsinin surəti;
· Şəxsiyyət vəsiqəsinin surəti;
· 3 ədəd fotoşəkil ( 3x4 ölçüdə);
1993-cü ildən sonra xarici ali təhsil müəssisələrində təhsil almış məzunlar aldıqları diplomların Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliliyi barədə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən verilmiş Şəhadətnamənin surətini təqdim etməlidir.
Təkrar ali təhsil ödənişli əsaslarla aparılır və təhsil haqqı ixtisaslara uyğun olaraq müqavilə əsasında ödənilir.
Qeyd: Hər hansı bir ixtisas üzrə sənədləri təqdim edən vətəndaşların sayı 7 nəfərdən az olduğu təqdirdə həmin ixtisas üzrə qəbul prosesi aparılmır.
Ünvan: Bakı şəhəri, H. Cavid prospekti 25, Azərbaycan Texniki Universiteti
Telefon: (+99412) 538-33-34; (+99412) 538-33-43; (050) 261-39-85
E-mail: [email protected]
Sayt: www.aztu.edu.az