
Bakı Ali Neft məktəbinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Zamirə Ədilova 2 illik fəaliyyətdən sonra vəzifəsinə son verib.
AzEdu.az xəbər verir ki, bu barədə o öz feysbuk hesabında bildirib.
Şöbə müdiri paylaşımında kollektivlə vidalaşaraq işdən ayrıldığını bildiriirək bu sözləri qeyd edib:
“Karyeramın son 2 ilini həsr etdiyim Bakı Ali Neft Məktəbi (BANM) ilə bu gündən etibarən yollarımız ayrıldı. Fərqli mühit, dinamizim, yeni dostlar, maraqlı təcrübə üçün Ali Məktəb heyətinə, tələbə və məzunlara minnətdarlığımı bildirirəm! Çalışdığım şöbənin hər bir əməkdaşı, təcrübə və xoş emosiyalarını əsirgəməyən bütün digər həmkarlarımla eyni çətir altında olmaqdan, onların həyatıma bəxş etdiklərindən olduqca məmnunam. Əminliklə deyə bilərəm ki, yenə də qazandığım yaxşı dostlar oldu! Mənim üçün fərqli bir marafon idi”.
Zamirə Ədilova işdən ayrılma səbəblərini qeyd edərək universitet rəhbərliyinə təşəkkürünü bildirib:
“Nazirlikdən işdən ayrılanda fasilə vermək imkanım olmamışdı. İndi özümə bir müddətlik bu imkanı vermək məcburiyyətindəyəm, bir az səhhətimdə yaranan problemlər, bir az istirahət etmək istəyi, yeni təklifləri daha rahat dəyərləndirə bilməyim üçün belə bir qərar qəbul olundu. BANM rəhbərliyi də sağ olsun bu qərarımı hörmətlə qarşıladığı üçün rahatlıqla yeni üfüqlərə yelkən aça bilərəm”.
Son olaraq şöbə müdiri KİV əməkdaşlarına öz təşəkkürünü bildirib:
“Fürsətdən istifadə edib dəyərli məsləkdaşlarım olan Kütləvi İnformasiya Vasitələrinin hər bir fərdinə də anlayışlarından, dəstəklərindən və xoş rəftarlarından dolayı sonsuz təşəkkürümü bildirirəm! Əməkləriniz qiymətsizdir!”