
2021-06-24 12:46:00
Təhsil haqlarının dövlət tərəfindən ödənilməsi üçün 46 mindən çox müraciət olub
2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət tərəfindən ödənilməsi ilə bağlı e-telebe.edu.az elektron portalına 46 947 nəfər müraciət edib.
Təhsil Nazirliyindən AzEdu.az-a verilən məlumata görə, onlardan 34 035 nəfəri ali, 10 883 nəfəri orta ixtisas, 2 029 nəfəri isə peşə təhsili müəssisələrində təhsil alır.
Hazırda müraciətlər üzrə müvafiq təhsil müəssisələri ilə birgə işlər aparılır.
Qeyd edək ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, yerli təhsil müəssisələrində normativ təhsil müddətində ödənişli əsaslarla əyani təhsil alan və sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin 2020-2021-ci tədris ilinin yaz semestri (yarımili) üçün təhsil haqqı xərclərinin dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsi nəzərdə tutulub. Bu məqsədlə 14 milyon manat ayrılıb.
Bu bölməyə aid digər xəbərlər
Dövlət Proqramı məzunları ilə görüş və ilk Karyera Sərgisi keçirilib
2024-04-02 13:47:23
“Maarifçi” proqramının iştirakçıları ilə görüş keçirilib
2024-04-01 17:22:00
Bu günədək 31 mindən çox tələbə təhsil krediti alıb
2024-03-18 17:43:46
Respublika Fənn Olimpiadalarının yarımfinal turu keçiriləcək
2024-01-12 17:50:35
Təhsil kreditinə dair müraciət edənlərin SAYI
2023-08-30 13:32:00
Nazir: "Olimpiada qaliblərinin imtahanlarda topladıqları bal adətən 650-dən çox olur"
2023-07-14 15:40:37
Nazir: “Bəzi ixtisaslar üzrə təhsili 4 ildən 3 ilə endirməyi düşünürük”
2023-06-21 11:55:04
Tələbə qəbulunda dövlət sifarişli yerlərin sayı ARTDI
2023-06-09 12:33:00
SABAH qruplarına tələbə seçimi başlayır
2023-05-26 12:01:01
Təhsil krediti alan və müraciətinə “yox” deyilən tələbələrin SAYI
2023-05-18 15:44:42