
Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov universitetin tələbələrinə müraciət edib.
AzEdu.az xəbər verir ki, rektor bu barədə öz feysbuk hesabında qeyd edib.
Rektor müraciədə tələbələri şənbə günü keçiriləcək “Açıq qapı”da müzkirəyə dəvət edib:
“İnboxa təhsil haqqı, təkrar imtahana icazə, imtahanla, apelyasiya ilə bağlı və sair birbaşa dekanlara, apelyasiya komissiyasına aid olan məsələlərlə bağlı çoxlu sayda müraciətlər daxil olur. X.e. bu kimi məsələlərə dair ilk olaraq aidiyyəti üzrə müraciət edin. Həllini tapmayan müraciətlərinizi isə hər həftənin şənbə günü keçirəcəyim ”Açıq qapıda“ mənimlə müzakirəyə dəvət edirəm. Hər birinizə uğurlar arzulayıram”.
Son olaraq rektor tələbə tərəfindən ona ünvanlanan suala cavab olaraq bildirib ki, semestr imtahanlarında kəsilən tələbələr üçün yay məktəblərinin online olaraq təşkil edilməsi nəzərdə tutulub.