
“Sentyabr ayından üz-üzə dərslərə başlamaq üçün hazırlıq işləri uğurla davam etdirilir”.
AzEdu.az xəbər verir ki, bunu Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Ədalət Muradov bildirib.
Rektor, universitet heyətinə müraciət edərək hər kəsi peyvənd olunmağa çağırıb:
“Hörmətli həmkarlar,
Dəyərli UNEC əməkdaşları,
Əziz tələbələr,
Sizləri sentyabrda universitetimizdə qarşılamaq üçün bütün zəruri işlər ən qısa vaxtda tamamlanacaqdır. Bununla yanaşı, dünyanın bir çox ölkələrində COVİD19 yenidən sürətlə yayılması haqqında məlumatlar yayılır. Bu pandemiyaya qarşı bu gün ən uyğun müdafiə yolu peyvənddir. Peyvəndləmədən çəkinməməyi, COVİD19-a qarşı vaxt itirmədən peyvənd olunmağınızı tövsiyyə edirəm. Bu yolla sentyabr ayından üz-üzə dərslərə başlamağa zəmanət vermiş olacağıq.
Allah hər birinizi qorusun.
Sentyabrda görüşmək ümidi və arzusu ilə...”
Qeyd edək ki, hazırda Azərbaycanda vaksinasiya prosesi davam edir.