Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-29 09:37:00
Beynəlxalq İnformatika Olimpiadasından qazanılan uğur  

19-25 iyun 2021-ci il tarixlərində Sinqapurda 33-cü Beynəlxalq İnformatika Olimpiadası təşkil edilib. 

 

AzEdu.az xəbər verir ki, 90 ölkədən 351 şagirdin qatıldığı müsabiqədə məktəblilərimiz uğurla çıxış edərək 2 bürünc medal qazanıb. Belə ki, Gəncə şəhər M.Əzizbəyov adına 15 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Əziz Hüseynov və Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 10-cu sinif şagirdi Səid Nəsibov müsabiqənin bürünc medalına layiq görülüb. 

 

Qeyd edək ki,  məktəblilərimizin Beynəlxalq İnformatika Olimpiadalarına hazırlıq prosesi "Azercell Telekom" şirkətinin dəstəyi ilə həyata keçirilir.