Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-29 09:49:00
Şagirdlərimizdən beynəlxalq nailiyyət  

19-26 iyun 2021-ci il tarixlərində Latviyada Avropa Fizika Olimpiadası (EuPhO 2021) keçirilib.



AzEdu.az xəbər verir ki, olimpiadada ölkəmizi təmsil edən şagirdlərimiz uğurla çıxış edərək 2 bürünc medal və 2 həvəsləndirici mükafat qazanıblar. Belə ki, Sumqayıt şəhəri Təbiət elmləri təmayüllü gimnaziyanın XI sinif şagirdləri Sirac Yəhyazadə və Murad Bəşirov olimpiadanın bürünc medalına, Gənc İstedadlar liseyinin X sinif şagirdi Rəfsan Həbibullayev və Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Rüfət Məmmədov olimpiadanın həvəsləndirici mükafatına layiq görülüblər.


Qeyd edək ki, şagirdlərimiz Təhsil Nazirliyi tərəfindən yaradılan Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin dinləyiciləridirlər.



Şagirdlərimizi təbrik edir və daha böyük uğurlar arzulayırıq!