
2018-07-18 19:32:21
Bilik Fondu “Təhsil və təlimdə təqdimat texnologiyası” mövzusunda silsilə mühazirələr keçirdi
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun təşkilatçılığı ilə “Təhsil və təlimdə təqdimat texnologiyası” mövzusunda silsilə tədbirlər keçirilib.
Bilik Fondunun Lektorlar qrupunun üzvü, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, filologiya elmləri doktoru Vüqar Zifəroğlu Yevlax və Göyçay rayonlarının Heydər Əliyev Mərkəzlərində, eləcə də Ağdaş Bilik Evinin fəaliyyət göstərdiyi yerli Heydər Əliyev Mərkəzində orta məktəb, gimnaziya və lisey müəllimləri qarşısında “Təhsildə və təlimdə təqdimat texnologiyası” mövzusunda mühazirələrlə çıxış edib.
Yerli icra hakimiyyəti orqanlarının əməkdaşları və Bilik Fondunun rayon nümayəndələrinin iştirakı ilə keçirilən tədbirlərdə gənc müəllimlərə yeni təlim texnologiyalarının üstünlüyündən bəhs edilib. Bildirilib ki, Azərbaycanda təhsil sahəsində aparılan islahatların fonunda təlimin keyfiyyətinin artırılması məqsədilə innovativ təlim metodları və texnologiyalarının tətbiqi olduqca zəruridir. Ölkə Prezidenti İlham Əliyevin Fərmanı ilə təsdiq olunmuş Strateji Yol Xəritəsində təhsilin informasiyalaşması, təhsildə müasir informasiya-kommunikasiya texnologiyalarından səmərəli istifadə ilə bağlı mühüm məqamların qeyd olunduğunu nəzərə alaraq, gənc müəllimlər bu sahədə xüsusilə fəal olmalıdırlar.
Vüqar Zifəroğlu iştirakçılara yeni təlim texnologiyalarının tətbiqi qaydaları, faydaları və onlardan istifadə mexanizmi haqqında ətraflı məlumat verib. Diskussiya mühitində keçirilən görüşdə müəllimlərin rəy və təklifləri dinlənilib, onları maraqlandıran məsələlər barədə geniş fikir mübadiləsi aparılıb.
Bu bölməyə aid digər xəbərlər
Ali təhsili daha çox tədqiqata uyğunlaşdırmaq lazımdır
2024-03-02 11:57:00
Suraxanıda gənc qızı avtomobil vurub
2024-01-05 09:20:00
BMU-da yeni layihəyə start verilib
2023-12-28 15:22:22
Nazir rektorlarla görüşdü, tapşırıqlar verdi
2023-12-28 11:47:58
Tam orta təhsilli gizir və miçmanlara “Kiçik leytenant” rütbəsi veriləcək
2023-12-14 12:36:45
Növbəti tədris ilində 800-1000 tələbə Qarabağ Universitetində təhsil alacaq
2023-11-30 16:23:01
Azərbaycanlı tələbə ABŞ-də faciəvi şəkildə öldü
2023-10-22 14:42:11
Pedaqoji işçilərin 87,5 faizi ali, 9,8 faizi orta ixtisas, 2,7 faizi tam orta təhsillidir
2023-10-18 17:49:24
Təhsil müəssisələrində Müstəqilliyin Bərpası Günü qeyd olunub
2023-10-18 16:16:00
Kenquru müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olacaq
2023-10-17 17:33:41