
Doktorantura pilləsinə hazırlaşan məzunları maraqlandıran suallardan biri də xarici dil üzrə minimum keçid balının nə qədər olmasıdır.
Bu pilləyə qəbul imtahanı üçün xarici dillər üzrə minimum keçid balı və əcnəbi iddiaçılar üçün keçid balı eynidir.
AzEdu.az mövzu ilə bağlı Dövlət İmtahan Mərkəzindən verilən məlumatları təqdim edir.
Müvafiq qurumlarla razılaşdırılmaqla, doktoranturaya xarici dillər üzrə qəbul imtahanı üçün minimal keçid balı 25, xarici dil üzrə fəlsəfə doktoru imtahanı üçün minimal keçid balı 35-dir.
Əcnəbi və vətəndaşlığı olmayan iddiaçıların Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanı üçün isə 25 bal müəyyənləşdirilib.
Qeyd edək ki, 2021-ci il iyunun 20-də keçirilən xarici dillər üzrə doktoranturaya qəbul və fəlsəfə doktoru imtahanları, iyunun 21-də isə əcnəbi və vətəndaşlığı olmayan iddiaçılar üçün keçirilən Azərbaycan dili üzrə fəlsəfə doktoru imtahanlarının nəticələri iyun ayının 27-si açıqlanıb.