Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-06-30 15:30:00
Təhsil Nazirliyinin tabeliyindəki peşə məktəblərindən 13 mindən çox tələbə məzun olub  

2020-2021 tədris ilində Təhsil Nazirliyinin tabeliyində olan 72 peşə təhsil müəssisəsindən 13 min 325 tələbə məzun olur.

Bunu açıqlamasında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Pərviz Yusifov deyib. O bildirib ki, məzunlardan 1675 nəfəri ilkin peşə təhsili, 11 min 650 nəfəri texniki peşə təhsili, 3 min 200 nəfəri isə tam orta təhsil alıb.