Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-01 10:36:00
Yay məktəbinin növbəti seminarı keçiriləcək
4 iyul saat 18:00-da Bakı şəhəri Dədə Qorqud parkında riyaziyyat müəllimləri üçün Yay məktəbinin növbəti seminarı keçiriləcək.
Seminarın mövzusu "Fəza həndəsəsi: fəza fiqurları və müstəvinin tənliyi"dir. 271 nömrəli tam orta məktəbin riyaziyyat müəllimi Nailə Abbasovanın moderatorluğu ilə keçiriləcək seminarda riyaziyyat müəllimləri iştirak edə bilərlər.
 
 
AzEdu.az xəbər verir ki, seminarda riyaziyyat fənninin gündəlik həyatımızda əhəmiyyəti və eyni zamanda, fənnin tədrisi zamanı yaranan problemlər, dərsliklərin məzmunu, fəza həndəsəsi bölməsinin tədrisi metodikası ilə bağlı fikirlər müzakirə ediləcək.
90 dəqiqə davam edəcək və açıq havada keçiriləcək seminara riyaziyyat fənnini tədris edən müəllimlər dəvətlidir.
Seminarda iştirak etmək üçün aşağıdakı qeydiyyat formasını doldurmaq tələb olunur:
 
 
Qeyd edək ki, "Həmkara dəstək" layihəsi üzrə təşkil olunan Yay məktəbinin məqsədi müəllimləri dərsdənkənar öyrənməyə cəlb etmək, səmimi və rahat bir mühitdə həmkarları ilə əməkdaşlığa təşviq etməkdir.