
2018-07-18 18:00:00
UNEC-in gənc startapçıları yay düşərgəsində
UNEC və “Bank Respublika” ASC-nin birgə təşkilatçılığı ilə Qusar şəhərində Gənc startapçılar üçün yay düşərgəsi təşkil olunub.
AzEdu.az xəbər verir ki, milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində nəzərdə tutulan tədbirlər çərçivəsində keçirilən layihənin məqsədi biznes ideya müsabiqələrinin qalibi olan UNEC-in gənc startapçılarına öz bizneslərini inkişaf etdirmək, yeni satış texnologiyalarına yiyələnmək və bu istiqamətdə onlara metodiki və psixoloji dəstək göstərmək olub.
Layihə çərçivəsində keçirilən təlimlərdə bankın marketinq və informasiya texnologiyaları mütəxəssisləri gənc startapçılara bu sahənin son tendensiyaları barədə məlumat veriblər, müştəri ehtiyacları, məhsulların və hədəf qrupun xarakterik üstünlüklərini müəyyən etmək yollarını açıqlayıblar. Eyni zamanda qiymətli və kreativ məhsul-xidmət təklifi yaratmaq, müştərilərlə iş səviyyəsini yüksəltmək üsulları izah ediblər.
Praktiki tapşırıqlara əsaslanan çevik və interaktiv formatda təşkil olunan təlimlərdə UNEC-in Karyera Mərkəzi ilə İnnovativ Biznes İnkubatorun mütəxəssisləri və təlimçi psixoloq da iştirak edib. Onlar UNEC-in gənc startapçılarına müvəffəqiyyətin optimal biznes modeli və biznes psixologiyası barədə ətraflı məlumatlar veriblər. Yay düşərgəsində startapçıların təcrübə mübadiləsi aparmaq imkanları da təmin edilib. Tələbələrin asudə vaxtlarının səmərəli keçirilməsi məqsədilə onlar regionun turizm bölgələri ilə tanış olub, Quba Soyqırımı Memorial Kompleksini ziyarət ediblər.
Bu bölməyə aid digər xəbərlər
Ali təhsili daha çox tədqiqata uyğunlaşdırmaq lazımdır
2024-03-02 11:57:00
Suraxanıda gənc qızı avtomobil vurub
2024-01-05 09:20:00
BMU-da yeni layihəyə start verilib
2023-12-28 15:22:22
Nazir rektorlarla görüşdü, tapşırıqlar verdi
2023-12-28 11:47:58
Tam orta təhsilli gizir və miçmanlara “Kiçik leytenant” rütbəsi veriləcək
2023-12-14 12:36:45
Növbəti tədris ilində 800-1000 tələbə Qarabağ Universitetində təhsil alacaq
2023-11-30 16:23:01
Azərbaycanlı tələbə ABŞ-də faciəvi şəkildə öldü
2023-10-22 14:42:11
Pedaqoji işçilərin 87,5 faizi ali, 9,8 faizi orta ixtisas, 2,7 faizi tam orta təhsillidir
2023-10-18 17:49:24
Təhsil müəssisələrində Müstəqilliyin Bərpası Günü qeyd olunub
2023-10-18 16:16:00
Kenquru müsabiqəsi qaliblərinin mükafatlandırılma mərasimi olacaq
2023-10-17 17:33:41