Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-05 16:37:00
MİQ-də iştirak edəcək namizədlərin nəzərinə-Bunlara DİQQƏT EDİN

İyulun 5-dən 2021-2022-ci tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin test imtahanı mərhələsinə start verilir. 

 

 

Belə ki, MİQ-in test imtahan mərhələsində iştirak edəcək şəxslər bir sıra məsələləri nəzərə alması vacibdir.

 

 

AzEdu.az onları təqdim edir:

 

 

Şəxsi səhifədə qeyd olunan imtahan tarixindən əvvəl və ya sonrakı imtahan seanslarında iştirak etmək imkan xaricindədir;

 

 

Şəxsi səhifədə qeyd olunmuş məkandan fərqli imtahan mərkəzində keçirilən imtahanlarda iştirak etmək mümkün deyil;

 

 

Namizəd imtahana tibbi maska ilə gəlməli və onlardan düzgün (burun, ağız və çənə nahiyyəsini tam örtməklə) istifadə etməlidir. Maskadan düzgün istifadə bütün proses boyu mütləqdir (şəxsiyyəti təsdiq edən sənədi təqdim edərkən müvəqqəti olaraq maskanı çıxarmaq tələb oluna bilər).

 

 

Namizədlərə uğurlar arzu edirik!

 

Şükufə Süleymanlı
Müəllifin digər yazıları