
“ “2021-ci il üzrə xaricdə doktorantura təhsili” üzrə Dövlət Proqramının özəlliyi ondan ibarətdir ki, siz öncədən müəyyən edilmiş ixtisas üzrə təhsil alırsız”.
AzEdu.az xəbər verir ki, bu sualı Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov “2021-ci il üzrə xaricdə doktorantura təhsili” ilə bağlı canlı yayımda deyib.
O, qeyd edib ki, proqrama təqdim edilən vacib sənədlərdən biri də tədqiqat mövzusudur:
“Əgər tələbə proqram çərçivəsində tədqiqatını fərqli ölkələrdə və müəssisələrdə davam etdirmək istəyirsə, bu öncədən müzakirə edilə və razılaşdırıla bilər. Bu zaman tədqiqat maliyyələşdirilə də bilər. Ancaq, bu trasfer, tədqiqatın fərqli ölkə və müəssisədə davam etdirilməsi həmin şəxsin qazandığı başqa bir proqram çərçivəsində həyata keçirilməsi nəzərdə tutulursa, o zaman bu maliyyələşmə mümkün deyil. Çünki bu proqramdan kənar sayılır”.