
“Əgər tələbə öz hesabına, hər hansısa bir fond, universitet, Hökumətlərarası təqaüd proqramları vasitəsi ilə xaricdə təhsil alıbsa və dövlət hesabından faydalanmayıbsa o zaman bu proqramda iştirak edə bilər”.
AzEdu.az xəbər verir ki, bu sualı Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Tural Əhmədov “2021-ci il üzrə xaricdə doktorantura təhsili” ilə bağlı canlı yayımda deyib.
O, xaricdə öz hesabına doktorantura təhsili alan şəxslərin “2021-ci il üzrə xaricdə doktorantura təhsili”proqramı üzrə iştirak etməsinə cavab olaraq bunları bildirib:
“Bu halda o, Dövlət Proqramı vasitəsi ilə xaricdə doktorantura təhsili ala bilər. Yox əgər, tələbə dövlət hesabına xaricdə təhsil alıbsa o zaman bu proqramdan faydalana bilməz”.