2018-07-19 15:30:00
Məktəblilər “ASAN xidmət”də
Məktəblilərin yay tətili günlərinin səmərəli, maraqlı və əyləncəli olması məqsədilə “Məktəblinin dostu” layihəsi çərçivəsində reallaşdırılan yay məktəbi davam edir.
Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) AzEdu.az bildiriblər ki, yay məktəbi çərçivəsində bu qurumun tabeliyindəki 276 nömrəli tam orta məktəbin V və VI sinif şagirdlərinin “ASAN xidmət”ə ekskursiyası təşkil edilib. Ekskusriya zamanı məktəblilər mərkəzdə vətəndaşlara göstərilən xidmətlərlə yaxından tanış olublar.
Şagirdlər, həmçinin elektron xidmətlərin göstərilməsi zamanı qarşıya çıxan məsələlərin həlli prosesini və metodiki dəstəyin göstərilməsi məqsədilə yaradılmış “108” telefon məlumat mərkəzində müraciətlərin cavablandırılmasını izləyiblər.
Daha sonra şagirdlər “ASAN Kommunal” mərkəzinə gələrək müxtəlif kommunal xidmətlər barədə məlumatlar əldə ediblər.
Ekskursiya zamanı şagirdlərə “ASAN xidmət”in yaradılması, inkişafı və fəaliyyəti barədə geniş məlumat verilib. Eyni zamanda, məktəbliləri maraqlandıran suallar cavablandırılıb.
Qeyd edək ki, ödənişsiz qaydada təşkil olunan yay məktəbi Bakı şəhəri üzrə “Məktəblinin dostu” layihəsinin tətbiq olunduğu 18 məktəbi əhatə edir.
Yay məktəbində 1000-ə yaxın şagird üçün təlim, seminar və informativ sessiyaların keçirilməsi, müxtəlif idman yarışlarının, əyləncəli saatların təşkil edilməsi planlaşdırılır.

Bu bölməyə aid digər xəbərlər
İsrail Qəzzada məktəbi bombaladı - 18 nəfər öldü
2024-09-12 10:01:00
Slovakiyada məktəblərin təhlükəsizliyi gücləndiriləcək
2024-09-12 09:21:00
Azərbaycanda 6 aylıq uşaq faciəli şəkildə öldü
2024-09-09 15:45:37
Azərbaycanda DƏHŞƏT: İki yaşlı uşaq masaj edilərkən öldü - YENİLƏNİB
2024-09-09 13:38:00
Yol qəzasında azı 11 məktəbli öldü - YENİLƏNİB
2024-09-03 09:11:00
Zaqatalada qətlə yetirilən qadın müəllim imiş
2024-05-28 22:20:00
ABŞ-da məktəbdə atışma olub, 2 nəfər yaralanıb
2024-05-24 13:45:40
Daha bir təhsil müəssisəsinə cinayət işi açılıb
2024-05-22 15:19:40
Görüntüləri yayılan məktəb direktoru işdən QOVULDU
2024-05-21 15:13:07
Azərbaycanda ən yaxşı kənd məktəbləri - SİYAHI
2024-05-16 14:40:16