
“Növbəti ay ərzində proses yekunlaşdıqdan sonra uğurlu sənəd seçimi edən nazmidələrimiz müsahibə mərhələsinə buraxılacaqlar”.
AzEdu.az xəbər verir ki, bunu 2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı İdarəetmə Qrupunun rəhbəri Turan Topalova deyib.
O, namizədlərin müsahibə mərhələsində diqqət etməli olduqları məqamlara aydınlıq gətirib:
“Müsahibə mərhələsində bilik və bacarıqların qiymətləndirilməsi nəzərdə tutulur. Burada əsas üç məqama diqqət edilməlidir. Namizədlər elmi tədqiqat işini aparma bacarığı, məntiqi mühakimə yürütmə bacarığı, əlaqə və özünü inandırma bacarıqlarını göstərməklə uğurlu nəticə əldə edə biləcəklər.
Dövlət Proqramı İdarəetmə qrupu olaraq biz sonrakı mərhələdə namizədlərlə daha sıx əlaqədə olaraq qəbul olanların sənədləşmə prosesi və ölkədə ölkədə yolasalma prosesini həyata keçirəcəyik”.