
Mingəçevir Dövlət Universitetində təkrar ali təhsil almaq üçün sənəd qəbulu elan edilir.
AzEdu.az xəbər verir ki, sənəd qəbulu 021/2022-ci tədris ilində qəbul aparılan aşağıdakı ixtisaslar üzrə elan edilir:
Ixtisaslar | Təhsil forması | Təhsil haqqqı (manat) | |||
əyani | qiyabi | ||||
| |||||
Mühasibat | əyani | qiyabi | 1400 | 1200 | |
Maliyyə | əyani | qiyabi | 1400 | 1200 | |
İqtisadiyyat | əyani | qiyabi | 1400 | 1200 | |
Menecment | əyani | 1400 | |||
Marketinq | əyani | qiyabi | 1400 | 1200 | |
Biznesin idarə edilməsi | əyani | 1400 | |||
Dövlət və bələdiyyə idarəetməsi | əyani | 1400 | |||
Turizm işinin təşkili | əyani | 1400 | |||
Ekologiya | əyani | 1400 | |||
Ekologiya mühəndisliyi | əyani | 1400 | |||
Energetika mühəndisliyi | əyani | qiyabi | 1400 | 1200 | |
İnformasiya texnologiyaları | əyani | 1400 | |||
Nəqliyyat mühəndisliyi | əyani | qiyabi | 1400 | 1200 | |
Sənaye mühəndisliyi | əyani | 1400 |
Sənədlərin qəbulu avqustun 31-dək onlayn formada həyata keçiriləcək. Tələb olunan sənədləri [email protected] mail ünvana göndərə bilərsiniz (telefon: 0242758549). Tələb olunan sənədlər:
- Rektorun adına ərizə;
- Diplom və diploma əlavənin əsli və notarial qaydada təsdiq olunmuş surəti;
- Şəxsiyyət vəsiqəsinin surəti;
- 3 ədəd - 3x4 şəkil.
Xaricdə ali təhsil almış məzunlar diplomlarının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyi barədə Təhsil Nazirliyi tərəfindən verilmiş şəhadətnamənin surətini təqdim etməlidir.
Təkrar ali təhsil ödənişli əsaslarla aparılır və təhsil haqqı ixtisaslara uyğun olaraq müqavilə əsasında aparılır.