
2021-07-18 14:44:00
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Lokman Həkim Universitetinin nümayəndə heyəti ilə görüşüb
Milli Məclisin Mədəniyyət Komitəsinin sədri, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Qənirə Paşayeva qardaş Türkiyənin Lokman Həkim Universitetinin (LHU) nümayəndə heyəti ilə görüşüb. Milli Məclisdə baş tutan görüşdə iki ölkə arasında mədəniyyət, təhsil də daxil olmaqla, ən müxtəlif əməli fəaliyyət sahələri üzrə əməkdaşlığın hər keçən gün daha da inkişaf etməsindən məmnunluq ifadə olunub.
Görüşdə 44 günlük Vətən Müharibəsində və müharibəsonrasında Azərbaycanla Türkiyə arasında qardaşlıq, dostluq və qonşuluq münasibətlərinin özünün xüsusi mərhələsi ilə seçildiyi qeyd edilib. Q.Paşayeva “Şuşa Bəyannaməsi”nin bu planda tarixi hadisə olduğunu vurğulayıb: “Şuşa Bəyannaməsində mədəniyyət, elm-təhsil və digər bir çox sahələrdə əməkdaşlığın ən yüksək səviyyəyə qaldırılması kimi mühüm məsələlər də əhatə olunub. Ümidvaram, LHU kimi önəmli təhsil və elm ocaqlarının da bu planda öz töhfələri olacaqdır”.
Lokman Həkim Universiteti (LHU) İdarə heyətinin sədri Dr.Mehmet Altuğun başçılıq etdiyi nümayəndə heyətinə LHU rektorunun müşaviri Prof.Dr. Ayşe Karaduman, LHU Səhiyyə elmləri fakültəsinin və Tibb bacısı şöbəsinin rəhbəri Prof.Dr. Fatma Öz, LHU Əczaçılıq fakültəsinin dekanı Prof.Dr. Belma Gümüşel daxildi.
Komitə sədri ilə LHU nümayəndə heyətinin görüşündə Azərbaycan Tibb Universiteti Beynəlxalq əlaqələr üzrə prorektoru Orxan İsayev iştirak edib.
LHU idarə heyətinin sədri M.Altuğ Q.Paşayevaya üzərində LHU-nun xatirə hədiyyəsini bağışlayıb.
Komitə sədri isə LHU nümayəndə heyətinə Azərbaycan təbiətini əks etdirən rəsm əsəri bağışlayıb.
Bu bölməyə aid digər xəbərlər
Regionlarda məktəb açılışları olub
2024-09-07 09:42:23
DİM “Abituriyent” jurnalının 6-cı nömrəsini nəşr edib
2024-08-23 10:49:51
Səhiyyə Nazirliyindən korona ilə bağlı AÇIQLAMA
2024-08-22 11:46:52
MİQ-in müsahibə mərhələsinin VI günündə 816 nəfər iştirak edib
2024-08-21 19:05:10
Minik avtomobili sürücüləri imtahana buraxılış vərəqəsini çap edə bilərlər
2024-08-21 15:31:17
Naxçıvanda bu qədər uşaq I sinifə gedəcək
2024-08-21 13:02:05
Bu instituta yeni direktor təyin edildi
2024-08-21 10:22:09
Paytaxtın bu ərazilərində nəqliyyatın hərəkəti dayandırılır
2024-08-20 16:31:07
Naxçıvanda açıq gimnastika məşğələləri reallaşıb
2024-08-18 18:06:22
Sumqayıtda maşın gənc piyadanı vurub
2024-08-18 08:55:39