
“Möhtəşəm Məzun günümüz bitdi. 5-ci Məzun günümüz idi. Sevimli tələbələrimizi dünyanın 16 ölkəsinin 50 Universitetinə maqistratura və doktorantura pilləsinə təhsillərini davam etdirməyə yola saldıq. Diplomlarını təntənəli şəkildə təqdim etdik”.
AzEdu.az xəbər verir ki, bunu Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov universitetdə keçirilən məzun günü ilə bağlı təəsüratlarını bölüşərək öz feysbuk hesabında qeyd edib.
Rektor bu ilkin məzun gününün Zəfər bayramına həsr edildiyini bildirərək iştirak edənlərə öz təşəkkürünü bildirib:
“Məzunlar bir sıra şirkətlərdə işləməyə başlayacaqlar. Bəziləri də BANM –da fəaliyyət göstərəcəklər. Builki məzun günümüzü Zəfər bayramına həsr etdik. Dövlət Sərhəd Xidməti Ansamblını dəvət etmişdik. Çox möhtəşəm idi çıxışları. SOCAR-ın prezidenti Rövnəq Abdullayevə iştirakına və təbriklərinə görə minnətdaram.Qonaqlarımıza -millət vəkillərinə, SOCAR rəhbərliyinə ,KİV nümayəndələrinə minnətdaram”.
Rektor son olaraq məzunlara səslənərək onlara uğurlar arzu edib:
“Əziz məzunlarımıza isə bildirmək istərdim ki, Sizin hər biriniz bizim üçün təsəvvür etməssiniz ki, nə qədər əzizsiniz, doğmasınız.
Siz , BANM ailəsinin üzvlərisiniz..
Böyük uğurlar sizi gözləyir.
Doğma ailənizi isə unutmayın.
Biz birik! Allah sizi qorusun.”