Azedu.az
https://modern.az/ https://www.instagram.com/apak.az/
2021-07-22 14:00:00
Virtual sərgi: Nizami Gəncəvi – 880

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Kitabxana-İnformasiya Mərkəzi “Nizami Gəncəvi İli” çərçivəsində virtual sərgi təşkil edib.

 

UNEC-dən AzEdu.az-a bildirilib ki, “Dahi Azərbaycan şairi Nizami Gəncəvi - 880” adlı sərgidə N.Gəncəvinin müxtəlif (Azərbaycan, türk, ingilis və rus) dillərdə nəşr olunan “Xəmsə”sindən ayrı-ayrı poemalar, qəzəl, qəsidə və rübailəri, eləcə də Nizami Gəncəvi haqqında yazılmış əsərlər barədə məlumatlar öz əksini tapıb.